5 ay əvvəl Kürdə batan şəxsin meyiti tapıldı
28 iyun 2025 08:14 (UTC +04:00)

5 ay əvvəl Kürdə batan şəxsin meyiti tapıldı

Samuxda Kürdə batan şəxsin meyiti tapılıb.

Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə sudan meyiti tapılan şəxs Samux rayonun Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü İsmayıl Şubliyevdir.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki hadisə bu ilin Fevral ayında  Kür çayının Samux rayonundan keçən hissəsində baş verib.

Belə ki, Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlu, digəri Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Müşfiq İsmayılov balıq tutan zaman kürdə batıblar.

Hadisədən sonra  Müşfiq İsmayılovun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar