45 min manat mənimsəyən direktorun işi MƏHKƏMƏDƏ
29 mart 2024 16:45 (UTC +04:00)

45 min manat mənimsəyən direktorun işi MƏHKƏMƏDƏ

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib.

Cəlilabad rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Sarxanlı kənd orta məktəbinin sabiq direktoru Camal Bəşirovun qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. 

Toplanmış sübutlarla Camal Bəşirovun qeyd olunan vəzifədə işlədiyi dövrdə faktiki işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi  və digər qanunsuz yollarla ümumilikdə 45 min manatdan artıq büdcə vəsaitini mənimsəmə və israf etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Camal Bəşirova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə),  308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

# 1794
avatar

Oxşar yazılar

İtkin düşən prokurorun   meyiti tapıldı

İtkin düşən prokurorun meyiti tapıldı

30 aprel 2024 , 14:45
Baş Prokurorluqdan ƏMƏLİYYAT:  saxlanılanlar var

Baş Prokurorluqdan ƏMƏLİYYAT: saxlanılanlar var

30 aprel 2024 , 13:47
Azərbaycanlı sürücü TIR-la qəza törətdi

Azərbaycanlı sürücü TIR-la qəza törətdi

30 aprel 2024 , 12:20
Bakıda mağazadan 700 manatlıq ət  oğurlandı

Bakıda mağazadan 700 manatlıq ət oğurlandı

30 aprel 2024 , 11:47
Bakıda 10 maşının toqquşduğu qəzanın VİDEOSU  - YENİLƏNİB

Bakıda 10 maşının toqquşduğu qəzanın VİDEOSU - YENİLƏNİB

30 aprel 2024 , 11:31
Qız oğurladığı telefonu itirdi

Qız oğurladığı telefonu itirdi

30 aprel 2024 , 11:14
Narkotik satan azərbaycanlılar tutuldu

Narkotik satan azərbaycanlılar tutuldu

30 aprel 2024 , 10:52
Keçmiş daxili işlər naziri saxlanıldı

Keçmiş daxili işlər naziri saxlanıldı

30 aprel 2024 , 10:08