Yasamal rayon sakinlərini küçədə ağacdan asılmış kişi meyiti aşkar ediblər.
APA-nın bildirdiyinə görə, dərhal bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Kürdəmir rayon sakini, 44 yaşlı Bədəlov Elxan Telman oğlu olması müəyyən edilib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.