Bakıda kafedə bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə martın 12-də gecə saat 03:30-da Nəsimi rayonunda yerləşən “Qalaaltı” kafesində baş verib. Gədəbəy rayonu Yenikənd kənd sakini 31 yaşlı İbrahimov Gəncağa Qələndər oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Quba rayon sakini, 36 yaşlı Ələkbərov Natiq Həsənpaşa oğlu saxlanılıb. Onun istifadə etdiyi bıçaq istintaqa təhvil verilib.
Törədilən əməl qəsdən adam öldürməyə cəhd əməlinin tərkib hissəsi olduğu üçün Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci maddələri cinayət işi başlanıb.