Azərbaycanda 3 vəkilin fəaliyyətinə xitam verilib.
Lent.az xəbər verir ki, bu barədə Vəkillə Kollegiyasının dünən keçirilən iclasında bildirilib.
Qeyd olunub ki, iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib. 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb və 3 vəkilə isə töhmət verilib.