Kabardin-Balkar Respublikasının Nalçik şəhərində məhkəmə 3 nəfəri öldürən keçmiş polisi 13 il müddətinə azadlıqdan məhrum edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, keçmiş polis Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsi (“Yol hərəkəti qaydalarını pozma”) ilə təqsirli bilinib.
İstintaq və məhkəmə müəyyən edib ki, iyunun 2-də axşam saatlarında təqsirləndirilən şəxs sərxoş vəziyyətdə avtomobili ilə həkimi və iki azyaşlı uşağı vurub, daha sonra isə digər avtomobillə toqquşub.
Piyadaları xilas etmək mümkün olmayıb, sürücü isə ağır bədən xəsarətləri alıb. İyulun 4-də qəzanı törədən şəxs həbs edilib.