3 avtomobil toqquşdu, piyada öldü  -YENİLƏNİB  -FOTO
28 dekabr 2022 02:00 (UTC +04:00)

3 avtomobil toqquşdu, piyada öldü -YENİLƏNİB -FOTO

0

Gəncədə zəncirvari qəzada ölən piyadanın şəxsiyyəti müəyyən edilib. 
Lent.az-ın APA-ya istinadla məlunatına görə, ölən şəxs Gəncə şəhəri Bayan küçəsinin sakini, 1992-ci il təvəllüdlü Ramin Musayevdir. 

***

01.16

Gəncədə baş verən zəncirvarı qəzada "VAZ-2106” sürücüsü 2001-ci il təvəllüdlü Hüseyn Məmmədov xəsarət alıb.
Lent.az-ın APA-ya istinadla məlunatına görə, onun avtomobili zərbənin təsirindən yararsız hala düşüb. 
 

***

00.47

Gəncədə piyadının ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadla məlunatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Hərəkətdə olan "Mercedes", "VAZ-2106" və "Daewoo Nexia" markalı minik maşınları toqquşub. Qəzadan sonra avtomobilərin biri yolun kənarında dayanan orta yaşlı kişini vurub. Piyada xəstəxanaya aparılarkən ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2878

Oxşar yazılar