Şəkidə sirkə turşusundan zəhərlənmə qeydə alınıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, ötən axşam Şəki şəhəri Fuad Abdurəhmanov küçəsində yaşayan 1993-cü il təvəllüdlü Seymur Fərahim oğlu Hüseynov kəskin zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı S. Hüseynovun yaşadığı ünvanda sirkə turşusundan zəhərləndiyi məlum olub. S. Hüseynova lazımi tibbi yardım göstərilib hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.