Bərdədə anasına və qardaşının həyat yoldaşına xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Bərdə rayonu, Güloğlular kəndi ərazisində qardaşının həyat yoldaşına və öz anasına bıçaqla xəsarət yetirən şəxs barəsində rayon polis şöbəsinə məlumat daxil olub.
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı Hacıbala İsayev saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verib.