Azərbaycanda sabiq bələdiyyə sədri tərəfindən 250 min manat vəsaitin mənimsənildiyi üzə çıxıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu, fevralın 18-də Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılacaq “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzə” də əksini tapıb.
Bildirilib ki, Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sabiq sədri tərəfindən subvensiya layihəsinin icrası məqsədilə dövlət büdcəsindən ayrılmış 250 min manat vəsaitin mənimsənilməsi faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanıb.