25 yaşlı qız Bakıda evlərdən oğurluq etdi
21 may 2020 09:17 (UTC +04:00)

25 yaşlı qız Bakıda evlərdən oğurluq etdi

Bakıda mənzillərdən oğurluq edilib.

Lent.az-ın məlumatına görə, mayın 9-da Suraxanı rayonu Əmircan qəsəbəsində İ. Abbasovun məxsus mənzilə pəncərədən daxil olunmaqla 1000 manat dəyərində televizor və məişət əşyaları oğurlanıb.

Bundan başqa mayın 19-da Əmircan qəsəbəsində N. Əmirovaya məxsus mənzildən 700 manat dəyərində notbuk oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq etməkdə şübhəli bilinən 25 yaşlı Əfsanə Ağayeva tutulub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2995
avatar

Mehman Nəbiyev

Oxşar yazılar