Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə şəhərin Depo qəsəbəsində qeydə alınıb.
1997-ci il təvəllüdlü Əli Kərimov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, Ə.Kərimov yaşadığı evdə dəm qazından zəhərlənib.