23 ildir zəlzələdə itən   qızını axtaran ana: "Biz səni tapa bilmədik, sən bizi tap!"
02 dekabr 2022 18:33 (UTC +04:00)

23 ildir zəlzələdə itən qızını axtaran ana: "Biz səni tapa bilmədik, sən bizi tap!"

Əri və qızı ilə Kocaelinin Gölcük rayonunda yaşayan Nurgül Karamertin çox xoşbəxt həyatı olub. 1999-cu il avqustun 17-nə qədər. 

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, baş verən 7,4 bal gücündə zəlzələdə binanın çökməsi nəticəsində dağıntılar altında qalan cütlük düz 12 saat sonra xilas edilib. Qızları Gözdə isə dağıntılar arasında olmasa da, sağ-salamat çıxıb. Lakin o gündən sonra ailəsi onu bir daha görməyib. Ömrünün az qala yarısını qızını tapmağa həsr edən Nurgül Karamert Gözdəyə çağırış edib.

Nurgül Karamert 1970-ci ildə Adapazarıda anadan olub. 1993-cü ildə ailə quran Nurgül gəlin olaraq Kocaelinin Gölcük rayonunun Kavaklı məhəlləsinə köçüb. Bir müddət sonra Gözde bu evliliyin bəhrəsi olaraq dünyaya göz açıb. Qızları dünyaya gəldikdən sonra Karamert cütlüyü ailə kimi xoşbəxt həyatlarını davam etdiriblər.

1999-cu il avqustun 16-sı bir çox insanlar kimi onlar üçün də sıradan bir gün idi. Axşam birinci mərtəbədə yaşayan qonşular xına gecəsi ediblər. Nurgül ora 6 yaşlı qızı Gözde ilə gedib. Beşinci mərtəbədəki evlərinə çatanda tarix avqustun 17-si, saat isə gecə saat 01:30 idi. Gözde yuxuya getmişdi. Nurgül əvvəlcə qızını yatızdırıb. Saat 02  radələrində yuxuya gedib. Lakin səs-küy və titrəyişlə o, birdən ayılıb və qışqırmağa başlayıb.

Həyat yoldaşı ilk sarsıntını hiss etməyib. Nurgülün qışqırığına dərhal ayılıb. Nurgül həmin gün deyib: “Biz titrəyirdik, dərhal ayağa qalxıb qapıya tərəf getdim. Otağın qapısı açıq idi, lakin sarsıntıdan qəfil bağlandı. Qapını açmağa çalışdım. Məqsədim qızımı qonşu otağa aparıb binadan çıxmaq idi. Heç ağlıma da gəlməzdi ki, bina çökəcək. Zor da olsa qapını aça bildim. Gözdənin otağının astanasına addımladığım anda bina saniyələr içində uçdu. Bir addım daha ata bilsəydim Gözdənin otağında olardım, amma o addımı ata bilmdim. 

Bina yıxılan an "ölürük" dedim. Ərim arxamda idi. Birlikdə kəlmeyi şəhadəti oxuduq. Bina çökdü, amma həyat yoldaşımla sağ idik. Sıxışdığımız üçüb bir-birimizi görə bilmirdik, amma səsimizi eşidirdik. Həyat yoldaşım çox zərbə aldığı üçün daim huşunu itirirdi, ona görə yatmasını əngəlləmək üçün onunla danışırdım. Həmin an daim kömək istəyirdim. Hamının səsini eşidirdim, amma məni heç kim eşitmirdi”.

12 saat dağıntılar altında qalan cütlük xilas edilib. Nurgül xilas olunma anı ilə bağlı bildirib: “Qonşu binanın dağıntıları ilə yaşadığımız bina bir-birinə qarışıb. Qonşuda yaşayan şəxs ailəsini axtararkən təsadüfən səsimizi eşitdi. Əgər o adam ailəsini tapmağa gəlməsəydi, bəlkə də sağ qalmaq şansımız olmayacaqdı. Təəssüf ki, onun həyat yoldaşı və uşaqları dağıntılar altında ölüb. Ancaq bizim sağ qalmaq üçün bir günümüz varmış”.

Karamert cütlüyü dağıntılar altından çıxarılaraq xəstəxanaya aparılıb. Aldıqları zərbələrə görə Nurgül 15 ay, əri isə 3 ay müalicə alıb. Vəziyyətləri yaxşı olub, amma qızları Gözdə yoxa çıxıb. Onun harada olduğu tezliklə məlum olub. O, dağıntılar altında qalmayıb, binadan çıxa bilmiş və binanın qarşısındakı boş sahəyə gedibmiş. 

Onu qonşu binadakı bir leytenant da görüb. Gözdə leytenanta “Qardaş mən yatmışdım, oyananda çöldə idim. Oradan qaçaraq gəldim” deyib. Leytenant başından yaralanıb. Uşağın daxili qanaxması ola biləcəyini düşündüyü üçün Gözdəni də götürüb birlikdə hərbi xəstəxanaya gediblər. Lakin yaralı leytenant xəstəxananın bağçasında huşunu itirib. Özünə gələndə isə Gözde yanında olmayıb. Karamert cütlüyü bu məlumatı sağalmış leytenant onların yanına gələndə öyrənib.

Bəs Gözde haradadır?

O gündən sonra Karamert cütlüyü Gözdəni hər yerdə axtarıb, ancaq heç yerdə tapa bilməyib. Bəs Gözde harada idi? Nurgül Gözdəni tapmaq üçün televiziya proqramlarına çıxıb. Bu, 11 il sonra Gözdəyə çatmaq ümidlərini reallığa çevirə bilərdi. Çünki verilişdən sonra bir qadın Nurgüllə əlaqəö saxlayaraq “Polkovnik olan qardaşım zəlzələdə Gözde adlı qızla tanış olduğunu və ailəsi öldüyü üçün onu himayəsinə götürdüyünü deyib”.

Bundan sonra Karamert ailəsi dərhal prokurorluğa müraciət edib. Amma polkovnik ölmüşdü. Sağlığında iki evlilik yaşayan polkovnikin ikinci evliliyindən bir qızı və bir oğlu olub. Lakin polkovnik onları atıb birinci arvadının yanına qayıtmışdı. Zəlzələ baş verən zaman o, birinci arvadı ilə yaşayırdı. Polkovnikin bacısı, oğlu və qonşuları Gözdəni tanısalar da, birinci arvadı onu heç vaxt görmədiyini israr edib.

"Gözdəni axtararkən mən də həyata tutunmağa çalışdım. Bu müddət ərzində iki övladım oldu. Yaşamaq və iki övladıma baxmaq məcburiyyətində qaldım". “Gözde - Səsimi eşidən varmı?” adlı bir kitab yazdım. Gözdənin “Anam məni axtardıçı, ya yox?” şübhələrini aradan qaldırmaq istədim, qızıma vəsiyyət etdim”.

“23 ildir qızımı axtarıram”

Nurgül polkovnikin birinci həyat yoldaşının saxlanıldığını, lakin müddətinə görə sorğu-sual oluna bilmədiyini deyib: “Qızımın sağ olduğuna, haradasa nəfəs aldığına, ürəyinin döyündüyünə həmişə inanmışam. 22 il inanaraq mübarizə aparmışam. Son bir ildir ki, polis araşdırma aparır. Mənə görə Gözde 100 faiz, polisə görə isə 99 faiz sağdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2385
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21