2023-cü ildə 44 milyonluq əmlaka   HƏBS QOYULUB
26 yanvar 2024 10:32 (UTC +04:00)

2023-cü ildə 44 milyonluq əmlaka HƏBS QOYULUB

Xəbər verildiyi kimi, yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Geniş Kollegiya iclası keçirilib.

Lent.az xəbər verir ki, Geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib.

Baş prokuror bildirib ki, 2023-cü ildə prokurorluq orqanları tərəfindən 76 milyon 223 min 179 manat məbləğində ziyanın ödənilməsi təmin edilib. 

Həmçinin, əlavə edilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 7 milyon 491 min 995 manat məbləğində pul vəsaiti ödənilib, 44 milyon 344 min 204 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3459
avatar

Oxşar yazılar