Hindistanlı kişi cinsiyyətini dəyişdirmək üçün əməliyyat olunaraq aldadılıb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, 20 yaşlı Mücahid tanışı ilə Uttar-Pradeş ştatının Muzaffarnaqar şəhərindəki yerli Beqracpur Tibb Kollecinin həkimləri arasında sui-qəsdin qurbanı olub.
Sandjak kənd sakini Mücahid iddia edir ki, Omprakaş adlı şəxs son iki il ərzində onu hədələyib, incidir. Daha sonra Mücahidin səhhətində müayinə tələb edən problemlərinin olduğu bildirilib. O, Omprakaşın müşayiəti ilə xəstəxanaya gedib və orada həkimlərin ona anesteziya verdiyi və ondan xəbərsiz cinsiyyət dəyişdirmə əməliyyatı etdiyi iddia edilib. Nəticədə Mücahid cinsiyyət orqanını və xayalarını itirib.
“Məni bura gətirdi və səhəri gün əməliyyat olundum. Özümə gələndə mənə dedilər ki, oğlandan qıza çevrilmişəm”, – Mücahid xatırlayır.
İddiaya görə, Omprakaş sonradan kişiyə deyib ki, indi onunla yaşamalı olacaq, çünki ailədən və kənddən heç kim onu qəbul etməyəcək. Omprakaş, həmçinin Mücahidin atasını öldürməklə, ailə torpaq payını əlindən almaqla hədələyib. O, vəkil tutduğunu, indi onu zorla ərə verəcəyini bildirib.
Hadisə qəzəb doğurub və Bharatiya fermerlər birliyinin etirazlarına səbəb oldu. Həmkarlar ittifaqının lideri Şyam Palın başçılıq etdiyi fermerlər tibb kollecinin qarşısında etiraz aksiyası keçirərək Omprakaş və əməliyyatda iştirak edən həkimlərə qarşı təcili tədbir görülməsini tələb ediblər. Polis etirazçıları hərtərəfli araşdırma aparılacağına əmin edib.