20 min manat mənimsəyən filial müdirinin işi  MƏHKƏMƏDƏ
25 avqust 2021 19:55 (UTC +04:00)

20 min manat mənimsəyən filial müdirinin işi MƏHKƏMƏDƏ

“Nur Retail” Məhdud Məsuliyyətli Cəmiyyətin “Armo Store” mağazalar şəbəkəsinin “Yasamal” filialının müdiri Ağafərid Ağayevin qanunsuz əməlləri ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, ibtidai istintaqla Ağafərid Ağayevin 2017-ci il noyabrın 27-dən 2018-ci il mayın 5-dək olan müddət ərzində qeyd olunan vəzifədə işləyərkən müdiri olduğu müəssisənin büdcəsindən ümumilikdə 20 min 216 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Ağafərid Ağayevə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq  mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İş üzrə vurulmuş ziyanın tam ödətdirilməsi təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2190
avatar

Mehman Nəbiyev

Oxşar yazılar