20 manata görə   oğlunu BIÇAQLADI
14 mart 2023 16:47 (UTC +04:00)

20 manata görə oğlunu BIÇAQLADI

Böyük Britaniyanın Qlazqo şəhərində mətbəx bıçağı ilə silahlanmış oğru bankomatdan pul çıxararkən təsadüfən öz oğlunu hədəfə alıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı oğlan bankomatdan on funt-sterlinq (20 manat) nağd pul çıxarmaq istəyib.

Gənc bank kartını cibinə qoyub bankomatdan pul götürəndə arxasına dönüb və böyük mətbəx bıçağının üzünə sıxıldığını hiss edib. O, üzü şərf altında gizlənmiş bir adam görüb.

Soyğunçu gəncdən pulu ona verməsini tələb edib. O, atasını səsindən və gözlərindən dərhal tanıyıb. "Ciddisən? Sən bilirsən mən kiməm? gənc cavab verib. Hadisəni törədən şəxs ona əhəmiyyət verməyib. Quldur "Bağışlayın, çarəsizəm", - deyib. 

Yeniyetmə hücum barədə polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 45 yaşlı qulduru evində yaxalayıblar. O, əvvəlcə cinayət törətdiyi faktını inkar etsə də, sonradan əməlini etiraf edib.

“Mən onun bankomatda olduğunu bilmirdim. Mən bunu etdim və cəzalandırılacağam", - deyib.

Məhkəmənin hökmü ilə o, 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1995

Oxşar yazılar