2 maşın toqquşdu, 1 nəfər... -FOTO
03 may 2023 02:44 (UTC +04:00)

2 maşın toqquşdu, 1 nəfər...-FOTO

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Nəriman Nərimanov prospektində qeydə alınıb.

“Opel” markalı maşının sürücüsü sükana nəzarəti itirirərək eyni istiqamətdə olan “Hyundai” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində “Hyundai”da olan sərnişin xəsarət alıb. Maşınlara ciddi ziyan dəyib. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1512
avatar

Oxşar yazılar