İntihar edən qız
29 noyabr 2021 17:17 (UTC +04:00)

İntihar edən qız

18 yaşlı qız intim videoya görə intihar edib - CİNAYƏT İŞİ AÇILDI

1

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində paytaxtın Yasamal rayon sakini 18 yaşlı Fidan Nəftəliyevanın çoxmərtəbəli yaşayış binasından özünü ataraq intihar etməsi barədə məlumatlar yayılıb.

Yasamal rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, noyabrın 27-si saat 15 radələrində Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, 19 yaşlı Fidan Niftəliyeva açıq-saçıq videoları ilə şantaj edilirmiş. Məlumata görə, “18+” kateqoriyasından olan videolar sosial şəbəkələrin birinin qrupunda paylaşılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 8427

Oxşar yazılar