Xəzər dənizinin Xaçmaz sahilində dənizdə batan şəxsin kimliyi məlum olub.
Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, dənizdə batan şəxs Ağdam rayonunun Quzanlı kənd sakini, 18 yaşlı Məstənov Nahid Vüqar oğludur.
Hadisə Nabran kəndi ərazisində baş verib.
Onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
15:02
Xaçmazda 1 nəfər dənizdə batıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun İstisu qəsəbəsində, dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazidə şəxsiyyəti hələlik bilinməyən 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.