18 toyda yoxlama, 63 nəfər buraxılmadı
19 avqust 2021 10:44 (UTC +04:00)

18 toyda yoxlama, 63 nəfər buraxılmadı

Avqustun 18-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 18 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, monitorinq 13 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 

- 63 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2079
avatar

Mehman Nəbiyev

Oxşar yazılar