Şirvanda döyülən şəxs xəstəxanada ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə oktyabrın 7-də baş verib.
Şirvan şəhər sakini, 17 yaşlı Mehrabov Oruc Bəxtiyar oğlu mübahisə zəminində həmyerlisi, 55 yaşlı Malyamov Qriqoriy Nikolayeviçi itələyərək yıxıb. Yıxılaraq başının daşa dəyən Qriqoriy Malyamov kəllə-beyin travması alıb.
Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən kişi aldığı xəsarətlərdən oktyabrın 26-da ölüb.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.