Dövlət Sərhəd Xidməti və Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Danaçı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər tapılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 600 kiloqram olan 11000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılıb.