16 yaşlı qız azərbaycanlı sevgilisini polisə verdi
04 oktyabr 2024 17:49 (UTC +04:00)

16 yaşlı qız azərbaycanlı sevgilisini polisə verdi

Rusiyanın Saratov vilayətinin sakini olan qadının azərbaycanlı Zaur Məmmədovla sevgi münasibətləri gündəm olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, qız bir neçə il əvvəl, 16 yaşında olarkən bakılı sevgilisi ilə tanış olub. Əslində 32 yaşı olan Zaur özünü Stas kimi təqdim edərək 24 yaşı olduğunu deyib.

Əvvəlcə Zaur özünü gözəl sevgili kimi aparıb. Amma sonra qız münasibətlərini kəsmək qərarına gələndə, oğlan əsəbiləşib. O, qızı oxuduğu institutun yaxınlığında hədə-qorxu ilə \ maşına mindirərək Soçiyə aparıb. Daha sonra qızı valideynlərinə hər şeyin yaxşı olduğu barədə mesaj yazmağa məcbur edib.

Qız Saratova qayıdanda Zaur avtomobilini sevgilisinin atasının maşınına çırpıb və kişini öldürməklə hədələyib.

Nəticədə Saratov sakini Zaurun əleyhinə polisə ərizə yazıb və hüquqi yardım göstərən ictimai fəallara müraciət edib.

Daha sonra Saratovdakı Azərbaycan muxtariyyətinin sədri, vilayətin İctimai Palatasının, həmçinin Daxili İşlər Nazirliyi yanında ictimai şuranın üzvü Vladimir Muradov diasporun “bu çirkin əməli” qətiyyətlə pislədiyini bildirib. O əlavə edib ki, təqsirkar qanun çərçivəsində maksimum dərəcədə ədalətli cəzasını almalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2752

Oxşar yazılar

Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

22 iyun 2025 , 19:35
Lənkəranda yük və minik avtomobilləri toqquşdu-FOTO

Lənkəranda yük və minik avtomobilləri toqquşdu-FOTO

22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46