Qazaxda intihar hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Kosalar kəndində qeydə alınıb.
Kənd sakini 2006-cı il təvəllüdlü Əhmədzadə Teymur yaşadığı evin qarşısında özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Qazax rayonu prokurorluğunda araşdırma aparılır.