15 nəfərin ölümünə görə tutulan azərbaycanlı deputatla bağlı YENİ QƏRAR
10 noyabr 2023 15:38 (UTC +04:00)

15 nəfərin ölümünə görə tutulan azərbaycanlı deputatla bağlı YENİ QƏRAR

Bir il əvvəl Kostromada yanan “Poliqon” gecə klubunun sahibi İxtiyar Mirzəyevin işi Basmannı rayon məhkəməsindən Moskva şəhər məhkəməsinə verilib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə Moskva Şəhər Məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Ehtimala görə, bu, Mirzəyevin bir ildən artıqdır ki, istintaq təcridxanasında olması ilə bağlıdır.

İşin Moskva şəhər məhkəməsinə verilməsi dərhal Mirzəyevin taleyinə müsbət təsir göstərib. Şəhər Məhkəməsi Mirzəyevin həbsdə saxlanma müddətini bir daha uzatmaqdan imtina edib və onun istintaq təcridxanasından ev dustaqlığına buraxılmasına qərar verib.

Eyni zamanda, fevralın 5-dək “məhbus” Moskvada qalacaq. Onun orada daşınmaz əmlakının olduğu bildirilir. Ancaq İxtiyar Mirzəyev barəsində “Təhlükəsizlik tələblərinə cavab verməyən, insanların ölümünə səbəb olan xidmətlər göstərmə” maddəsi ilə ittiham qüvvədə qalır və 10 ilədək sanksiya var.

Qeyd edək ki, İ. Mirzəyev həmçinin Kostoma dumasının deputatıdır. Onun sahibi olduğu gecə klubunda baş verən yanğın nəticəsində 15 nəfər həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10275
avatar

Mehman Nəbiyev

Oxşar yazılar