11 gün əvvəl mikroavtobusun vurduğu qadın öldü
07 aprel 2023 10:18 (UTC +04:00)

11 gün əvvəl mikroavtobusun vurduğu qadın öldü

0

Yevlaxda 11 gün əvvəl vurulan piyada ölüb.

Lent.az xəbər verir ki, hadisə martın 26-da  Yevlax şhəəri Nizami prospektində baş verib. 32 yaşlı Abdullayev Ruslan Sakit oğlu idarə etdiyi “QAZ-322132” markalı mikroavtobusla piyadalar - 48 yaşlı Ələsgərova Səbinə Rafiq qızı və 61 yaşlı Mirzəyeva Bəsdi Halay qızını vurub.

Nəticədə Səbinə Ələsgərova hadisə yerində, Bəsdi Mirzəyeva isə aprelin 6-da müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanaraq, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1825

Oxşar yazılar