Saatlıda qanunsuz dovşan ovlayan 3 nəfər saxlanılıb.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Orta Muğan kənd ərazisində baş verib.
Belə ki, rayon sakinləri – Pərviz Astanov, Emin Əliyev və Əhliman Əliyev 3 ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz olaraq ovlanmış 11 ədəd dovşan aşkarlanaraq götürülüb.
Faktla bağlı Saatlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.