1 ay əvvəl atasını qətlə yetirən  həbsxanada öldü
16 fevral 2024 12:23 (UTC +04:00)

1 ay əvvəl atasını qətlə yetirən həbsxanada öldü

0

Şirvanda 1 ay əvvəl atasını qətlə yetirən şəxs ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu ilin yanvarın 8-də 74 yaşlı atasını qətlə yetirən Şirvan sakini, 1979-cu il təvəllüdlü Şərifov Seymur Allahverdi oğlu barəsində Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Seymur Şərifov barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 

Həbsdə olan S.Şərifovun ötən gün xəstəlikdən öldüyü bildirilir.

S.Şərifov bu gün Şirvanda dəfn edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4080

Oxşar yazılar