Əsgərimizin ölümü ilə bağlı birgə rəsmi məlumat yayıldı
Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun mətbuat xidmətləri Müdafiə Nazirliyinin Naxçıvandakı N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmətdə olan əsgəri Bəyov Teyfur Hacıkərim oğlunun ölümü ilə əlaqədar birgə məlumat yayıblar.
APA-nın məlumatına görə, Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu bildirir ki, əsgər T. Bəyov 6 avqust 2012-ci il tarixdə saat 12 radələrində hərbi hissənin tibb məntəqəsinə müraciət edib, ona “kəskin respirator” xəstəlik diaqnozu qoyularaq hərarətsalıcı dərmanlar verilib və hərarəti aşağı düşdükdən sonra nahar yeməyinə gedib. Nahar yeməyindən sonra o, yenidən tibb məntəqəsinə müraciət edib və həmin gün saat 16 radələrində hospitala təxliyyə olunub.
Hərbi hospitalda ona “hemorragik vaskulit qarışıq (dəri və böyrək) forma, ildırımsürətli gediş ekimoz səpkili dəri səpkiləri, kəskin böyrək və III dərəcəli kəskin tənəffüs çatışmazlığı ilə fəsadlaşma, kəskin ağ ciyər və ürək çatışmazlığı” dəri forması, kəskin böyrək çatışmazlığı, kəskin tənəffüs çatışmazlığı III dərəcə” diaqnozu qoyularaq reanimasiya bölməsinə stasionar müalicəyə yerləşdirilib. Lakin müalicə tədbirləri müsbət nəticə verməyərək saat 22 radələrində T.Bəyov hospitalda vəfat edib. T.Bəyovun meyitinin daha ixtisaslı müayinəsinin keçirilməsi məqsədi ilə onun meyiti Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə gətirilib və orada prokurorluq əməkdaşlarının iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib. Müayinə zamanı meyitin bədən səthində travma mənşəli hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib. Ekspertlərin ilkin qənaətinə görə T. Bəyovun ölümünə səbəb “hemorragik vaskulit, qarışıq (dəri və böyrək) forma, ildırımsürətli gediş ekimoz səpkili dəri səpkiləri, kəskin böyrək və III dərəcəli kəskin tənəffüs çatışmazlığı ilə fəsadlaşma, kəskin ağ ciyər və ürək çatışmazlığı” olub.
T. Bəyovun xəstəlikdən ölməsi faktı ilə bağlı Naxçıvan MR Hərbi prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM 342.2 maddəsi ilə (qulluğa səhlənkar yanaşma) cinayət işi başlanıb və hal-hazırda iş üzrə zəruri istintaq işlərinin icrası davam etdirilir.

621