Ordumuzun əsgəri intihar edib
02 avqust 2012 19:38 (UTC +04:00)

Ordumuzun əsgəri intihar edib

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Milli Ordunun əsgəri, 19 yaşlı İsmayıl Rafiq oğlu İbayev xidməti silahla başından atəş açaraq özünü öldürüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya əsgərin ölüm faktını təsdiqləyiblər, araşdırma aparılır.

Qeyd edək ki, İsmayıl İbayev Cəbrayıl rayonundan hərbi xidmətə çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 784

Oxşar yazılar