Rüstəm Usubov səhhətində yaranmış problemlə bağlı Minskdə müalicə alıb
“Baş prokurorunun birinci müavini Rüstəm Usubovun səhhəti ilə bağlı dərc olunmuş məlumatı həqiqətə uyğun olmayan, etik davranış tələblərini pozan yazı kimi qiymətləndiririk”.
Bu barədə Baş Prokurorluğun yaydığı açıqlamada bildirilir. Baş Prokurorluqdan Lent.az-a göndərilən açıqlamada qeyd olunub ki, həqiqətən, Belorus Respublikasında səfərdə olarkən iştirak etdiyi beynəlxalq tədbir başa çatdıqdan bir neçə saat sonra səhhətində yaranmış problemlə əlaqədar baş prokurorun birinci müavini Rüstəm Usubov Minsk şəhərində tibb müəssisəsinə müraciət etməklə müvafiq müalicə alıb və yaxın günlərdə xidməti vəzifələrinin icrasına başlayacaq: “Bu məsələ ilə əlaqədar Baş Prokurorluğun rəsmi mövqeyi öyrənilmədən və jurnalist etikası qaydaları pozulmaqla yazılan qeyd olunan məlumat ictimai rəyi çaşdırmaq və ucuz sensasiya yaratmaq məqsədi daşıyır”.
Qeyd edək ki, “musavat.com” bu gün “Rüstəm Usubov Minskdə tədbirdə yıxıldı” başlıqlı xəbər yayıb. Xəbərdə R.Usubovun çıxş zamanı yıxıldığı, onun infarkt keçirdiyi, 1 həftədir, reanimasiya şöbəsində saxlandığı bildirilir.

Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57