Jurnalist Aydın Canıyev Lənkəranda həbs olunub
08 sentyabr 2011 19:39 (UTC +04:00)

Jurnalist Aydın Canıyev Lənkəranda həbs olunub

Lənkəran Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-ya verilən məlumata görə, A. Canıyev sentyabrın 7-də günün ikinci yarısında sərxoş vəziyyətdə rayonun Səpnəkəran kəndində şairə Gülüş Xəlilovanın (Cavidan) yaşadığı evə gələrək qalmaqal salıb, şairəni və onun yaxınlarını söyüb, təhqir edib, evin qapı-pəncərələrini sındırıb.Daha sonra A.Canıyev kənd məscidinə girərək axund Mirbaba Tahirovdan pul tələb edib. İstəyinə çatmadıqda məscidin də qapı-pəncərələrini sındırıb, yaxınlıqdakı adamları söyüb. Yerli sakinlərin ŞPŞ-nə etdikləri müraciətdən sonra A. Canıyev saxlanılaraq şöbəyə gətirilib.

Lənkəran Rayon Məhkəməsinin qərarı ilə o, 15 sutka müddətinə azadlıqdan məhrum edilib.

A. Canıyev barəsində Lənkəran ŞPŞ-də Cinayət Məcəlləsinin 221.2 maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1092

Oxşar yazılar