Bayılda sürüşmə qatının qalınlığı 68 metrə çatıb
“Bayıl yamacının tədqiqat apardığımız bəzi ərazilərində sürüşmə qatının qalınlığı 62-68 metr, bəzi ərazilərində isə 50-60 metrə çatır. Sürüşmə cənub və cənub-şərq tərəfə hərəkət edir”. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli bildirib.
Onun sözlərinə görə, Mərkəzin Bayıl yamacında apardığı tədqiqatlara əsasən, sürüşmənin ərazisi, sürüşmə kütləsinin qalınlığı, sürüşmənin hansı istiqamətdə və hansı süxurlarla əlaqədar olması tam aydınlaşıb: “Sürüşmə ərazisindəki 60-70 metr qalınlığında yerləşən süxurlarda dəyişiklik var. Orada torpaq sulu, sürüşkən, gilli-qumlu torpaqdır. Yamac yola tərəfə uzandığından qum öz ağırlığını saxlaya bilmir. Ola bilər ki, yuxarıda yerləşən evlərdəki kommunikasiya xətlərindən də su sızır”.
Mərkəz direktoru deyib ki, aparılan tədqiqatlar bu gün Azərbaycan Nazirlər Kabinetinə təqdim ediləcək: “İşçi Qrupun iclasında Mərkəzin hazırladığı hesabat və digər dövlət qurumlarının məlumatları təhlil ediləcək. Yekun olaraq sürüşmənin qarşısını almaq və ciddi fəsadlara yol verməmək üçün təkliflər hazırlanacaq”.

457