Günün tarixi
08 sentyabr 2011 08:00 (UTC +04:00)

Günün tarixi

1529. Osmanlı ordusu Budapeşti fəth edib

1636. Harvard Universitetinin təməli qoyulub

1862. Osmanlı ilə Avropa dövlətləri arasında İstanbul protokolu imzalanıb

1937. Türk aktyoru Cüneyt Arkın anadan olub

1946. Bolqarıstanda monarxiya sona yetib

1958. Buxarestdə Jurnalistlərin 4-cü Beynəlxalq Konfransında “Beynəlxalq jurnalist həmrəyliyi günü” təsis edilib

1978. İranda şah əleyhinə çıxışlar zamanı ordu silah tətbiq edir. 122 nəfər ölüb, 2000-dən çox insan yaralanıb. Bu hadisə Pəhləvi rejiminin süqutunu sürətləndirdi

1991. Azərbaycanda ilk prezident seçkiləri keçirilib. Ayaz Mütəllibov Azərbaycan Respublikasının (Azərbaycan SSR) ilk prezidenti seçilib. Naxçıvan MR ərazisində isə seçki baş tutmayıb

1991 Tacikistan müstəqilliyini elan edib

1991 Makedoniya Respublikası müstəqilliyini elan edib

1998. Bakıda tarixi İpək yolunun bərpası üzrə beynəlxalq konfrans keçirilib. “Avropa- Qafqaz-Asiya” dəhlizinin İnkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş və Bakı bəyannaməsi imzalanıb

2009. Göyərtəsində 8 azərbaycanlının olduğu gəmi İstanbul yaxınlığında qayaya çırpılaraq yararsız hala düşüb. Türk sahil mühafizə xidməti göyərtədəkiləri xilas edə bilib.

2009. İqtisadi islahatların sürətinə görə Azərbaycan “Doing Business 2010” hesabatında 38-ci yerdə qərarlaşıb.

Günün aforizmi

”Mənim bir fərd kimi formalaşmağımda və sonradan dövlət xadimi olmağımda Heydər Əliyevin müstəsna rolu olub”.

Ayaz Mütəllibovun APA-ya müsahibəsindən
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531

Oxşar yazılar