Prezident Aparatının qarşısında tıxac yaranıb
Sentyabrın 5-dən etibarən Bakının bir sıra küçələrində təmir-tikinti işlərinə başlanılıb. Lent.az-ın məlumatına görə, Filarmoniyanın binasından Qoşa Qala qapısınadək olan yol – İstiqlaliyyət küçəsi nəqliyyatın istifadəsi üçün tamamilə bağlanılıb. Bu səbəbdən də avtomobillər “Azneft” meydanından keçərək Niyazi küçəsi ilə hərəkət edən zaman Prezident Aparatının qarşısından keçən və adətən nəqliyyat üçün bağlı olan yoldan istifadə etməli olurlar. Buradan keçən avtomobillər isə Nərimanov heykəli və Şəhidlər Xiyabanı istiqamətində hərəkət edə bilərlər.
Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, avtomobillərin sayının çox olması və Prezident Aparatının qarşısından keçən yolun darlığı səbəbindən ərazidə tıxac yaranıb. Tıxac “Sovetski”dən “Azneft” meydanınadək uzanıb. Əraziyə cəmləşmiş avtomobilləri seyrəltməyə cəhd edən yol polisi isə tıxacı aradan qaldırmaqda çətinlik çəkib. Hazırda ərazidəki tıxac problemi hələ də qalır. İstiqlaliyyət küçəsinin nə vaxt açılacağı bilinmir.
Nizam RZA

509