Yol Polisi sürücülərə müraciət etdi
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Bu barədə İdarədən Lent.az-a daxil olan məlumatda deyilir ki, Bakı-Sumqayıt yolunun 9-cu km-də, DYP-nin Ekoloji nəzarət postunun qarşısında yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tikinti-quraşdırma işləri aparılır. Bununla əlaqədar Sumqayıt istiqamətinə gedən nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti sıxlıq yaranır.
Bunu nəzərə alaraq, Baş DYP İdarəsi sürücülərdən xahiş edir ki, həmin istiqamətə getmək üçün Biləcəri və Binəqədi qəsəbələrindən keçən alternativ yollardan istifadə etsinlər.
Bunu nəzərə alaraq, Baş DYP İdarəsi sürücülərdən xahiş edir ki, həmin istiqamətə getmək üçün Biləcəri və Binəqədi qəsəbələrindən keçən alternativ yollardan istifadə etsinlər.
642