Hacıqabuldakı yol qəzasında ölən və yaralananların adları açıqlanıb
Hacıqabul Mərkəzi Rayon Xəstəxanasından APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə zamanı yaralananlardan 8 nəfəri - Tərtər rayon sakinləri, 37 yaşlı Dilşad Məmmədova, 4 yaşlı İmadəddin Zamanov, 32 yaşlı İsmayıl Nəbiyev, 19 yaşlı Aydın Əlizadə, 37 yaşlı Nəsibə Ağamalıyeva, 6 yaşlı Nisə Ağamalızadə, 23 yaşlı Elyas Abbasov və 17 yaşlı Kəmalə Həsənova xəstəxanaya daxil olublar.
Qəza zamanı xəsarət alan daha 3 nəfər sərnişin Şirvan şəhər Xəstəxanasına aparılıb. Onlardan şəxsiyyəti hələlik məlum olmayan 1 nəfər ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib, digər iki nəfər isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Qəza nəticəsində dünyasını dəyişənlər isə Tərtər rayon sakinləri - 31 yaşlı Niyaməddin Zamanov və 39 yaşlı Elman Ağamalıyevdir.
Qeyd edək ki, qəza hadisəsi bu gün saat 17.00 radələrində Bakı-Qazax yolunun 141-ci km-də - Hacıqabul rayonunun Qarasu kəndi ərazində qeydə alınıb. “Ford” markalı, 10 SM 415 dövlət nömrə nişanlı mikroavtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində iki nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralılar Şirvan və Hacıqabul Mərkəzi Rayon xəstəxanalarına yerləşdiriliblər.

Oxşar yazılar

Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19