Dağlarda yaşayan Bakı sakininin skeleti tapıldı
05 sentyabr 2011 17:46 (UTC +04:00)

Dağlarda yaşayan Bakı sakininin skeleti tapıldı

Qusar rayonunun Ləzə kəndi ərazisində, dağ massivində torpağın altından insan skeleti tapılıb. Qusar rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, cəsədi ərazidə heyvan otaran çobanlar tapıb. Skeletin yanında şəxsiyyətini təsdiq edən sənəd də olub. Sənədə əsasən cəsədin Bakı şəhəri, Xətai rayon sakini, 1949-cu il təvəllüdlü Dövlətşin Rafiq Mixayıloviçə məxsus olduğu müəyyənləşdirilib.

Onun ömrünün son vaxtlarını dağlarda yaşadığı müəyyən olunub. Skeletin tapıldığı ərazidə yaşayış üçün istifadə olunan müəyyən ləvazimatlar tapılıb. İlkin tibbi ekspertiza zamanı meyitin həmin ərazidə 2 ildən çox qaldığı müəyyən edilib.

Cəsəd müayinə olunmaq üçün ekspertizaya göndərilib.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 869

Oxşar yazılar