2 qız və 1 kişi özünü öldürüb
Yasamal rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Z.Xəlil küçəsi 32 ünvanında, orada yaşayan Lənkəran sakini, 1988-ci il təvəllüdlü Əliyeva Nərmin Kamal qızı özünü 7-ci mərtəbədən atıb. Ağır xəsarət almış 23 yaşlı qız Kliniki Tibbi Mərkəzdə ölüb. Goranboy rayonunun Zeyvə kənd sakini, 17 yaşlı Nərgiz Quliyeva yaşadığı evin yataq otağında özünü asıb.
Daha bir intihar hadisəsi isə Neftçalada qeydə alınıb. Rayon Prokurorluğundan verilən məlumata görə, Həsənabad qəsəbə sakini, 37 yaşlı Kərim Muxtarov atasına məxsus evin həyətində özünü asaraq intihar edib.
Hər 3 faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
Nizam RZA

1086