Bakıda iki nəfəri amansızlıqla öldürdülər
Sentyabrın 4-də Bakıda dəhşətli qətl hadisəsi baş verib. Xətai rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, sentyabrın 5-nə keçən gecə A.Qurbanov küçəsi 25-ünvanındakı həyət evinin zirzəmisindən iki nəfərin meyiti tapılıb.
Araşdırmalar zamanı məlumolub ki, meyitlərdən biri Nərimanov rayon sakini 1947-ci il təvəllüdlü Bıkov Viktor Vladimiroviçə məxsusdur. Digər meyitin isə onun bacısı qızı Svetlanaya məxsus olduğu məlum olub. Sonrakı araşdırmalar zamanı o da məlum olub ki, hər iki şəxsi 1969-cu il təvəllüdlü Abaydulin Nail Rəşidoviç öldürüb. Belə ki, N.Abaydulin həmin evə qonaq gəlib və onlar bir yerdə yeyib-içiblər. Daha sonra N.Abaydulinlə V.Bıkov arasında dava düşüb və daha gənc olan qonaq 64 yaşlı kişini döyüb öldürüb və aparıb zirzəmiyə atıb. Daha sonra isə sərxoş vəziyyətdə olan Svetlana dayısının harda olmasını soruşub və onuin öldüyünü eşidən qız haray-həşir salmağa başlayıb. Polisə şikayət edəcəyini deyən qızı sakitləşdirə bilməyən N.Abaydulin dəsmalı onun boğazına keçirərək boğub öldürüb və meyitini zirzəmiyə aparıb.
Lakin hadisə barədə çox keçmədən hüquq-mühafizə orqanları xəbər tutub. N.Abaydulin saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə iş başlanılıb.
Nizam RZA

680