Keçmiş məhkum iki nəfərin qanını tökdü
Sentyabrın 2-də Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verinb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ərəbqardaşbəyli kəndi ərazisində, kənd sakini, əvvəllər məhkum olunmuş Ramil Məmmədov münaqişə zəminində Pirəbbə kənd sakini Afət Babaşov və Cəngən kənd sakini Qulam Cəfərova bıçaqla xəsarət yetirib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub.
Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub.
549