Dayı bacıoğlusunu öldürüb, rayona qaçdı
Avqustun 30-da Bakıda törədilmiş qətl hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, DİN Baş Cinayət-Axtarış İdarəsi, Nərimanov RPİ və Beyləqan RPŞ əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Nərimanov rayonu ərazisində, 21 yaşlı Ruslan Şərifovun Beyləqan rayonunun Milabad qəsəbə sakini, qohumu Vəli Mehtiyev tərəfindən ailə məişət münaqişəsi zəminində qətlə yetirilməsi müəyyən edilib. V.Mehtiyev tutulub.
Lent.az-a verilən digər məlumatda bildirilir ki, qətli törədən V.Mehtiyev R.Şərifovun doğma dayısıdır. Dayı və bacıoğlu arasında ailə məsələləri ilə bağlı narazılıq yaranıb və V.Mehtiyev Ruslanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirərək öldürüb. Daha sonra isə Nərimanov rayonu ərazisindəki dəmir yolu xəttinin kənarına atıb. V.Mehtiyev hadisəni törədəndən sonra doğma rayonu Beyləqana qaçıb. Lakin polisdən yalnız 3 gün gizlənə bilib və avqustun 2-də həbs edilib.
Faktla əlaqədar Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Nizam RZA

560