5 nəfər bədbəxt hadisənin qurbanı oldu
Sentyabrın 2-də Binəqədi rayonunun Xocəsən qəsəbəsində yaşayan 11 yaşlı Nurlan Məşədiyev həyətlərində elektrik cərəyanı vurması nəticəsində ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qaradağ rayonunun Korgöz daş karxanalarına gedən elektrik naqillərindəki nasazlığı bərpa edərkən, Goranboy rayon sakini Müslüm Alışov elektrik cərəyanı vurması nəticəsində ölüb. Sabunçu rayonunun Ramana qəsəbə sakini 6 yaşlı Fatimə Əliyeva isə həyətlərində elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Həmçinin avqust 30-da Hacıqabul rayonunun Muğan qəsəbə sakini 3 yaşlı Rüstəm Kamalov həyətlərində qaynar su ilə dolu vedrənin içərisinə yıxılaraq yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilmiş R.Kamalov sentyabrın 2-də orada ölüb. Abşeron rayonunun Goradil bağlar sahəsində yaşayan Aydın Muxtarovun bağ evində təmir işləri aparan Bilgəh qəsəbə sakini Əmircan İsayev hündürlükdən yıxılması nəticəsində xəsarət alıb və xəsarətlə xəstəxanaya yerləşdirilsə də həyatını itirib.

650