Ağdamda film kimi olay - TƏFƏRRÜAT
Ağdam rayonunda qəribə oğurluq hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, 1941-ci il təvəllüdlü Paşayeva Abuhəyat Əliş qızı ərizə ilə şöbəyə müraciət edib. 70 yaşlı qadın ərizəsində bildirib ki, evdə gizlətdiyi 2008 manat, 200 dollar, 50 avro, həmçinin xeyli sayda qızıl yüzlük və qızıl əşyalar (qiyməti min manatlarla ölçülür) naməlum şəraitdə yoxa çıxıb.
Məlumat daxil olandan dərhal sonra polis əməliyyat-axtarış tədbirlərinə başlayıb. Məlum olub ki, nənənin var-dövlətini talayan şəxs onun oğul nəvəsi 1991-ci ildə anadan olmuş Paşayev Çərkəz Ədalət oğludur. 20 yaşlı oğlan əvvəlcə nənəsinin pulunu və qızıllarını götürmədiyini desə də, sonradan əməlini etiraf edib.
Qeyd edək ki, Ç.Paşayev həmin evdə boya-başa çatdığından ona oğurluğu törətmək çətinlik yaratmayıb. Nənəsinin var-dövlətinə göz dikmiş nəvə saxlanılıb və barəsində cinayət işi başlanılıb.
Nizam RZA

507