20 yaşlı sürücü vurduğu piyadanın həyatını xilas edə bilmədi
Xəzər rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Mərdəkan qəsəbəsi ərazisindəki “Abşeron” sanatoriyasının qarşısında 1991-ci il təvəllüdlü Rəsulov Rövşən Gülağa oğlu idarə etdiyi “VAZ 2107” ilə piyadanı vurub. Nəticədə piyada, 1987-ci ildə anadan olmuş Məmmədov Murad Etibar oğlu ağır xəsarət alıb.
Hadisədən dərhal sonra sürücü yaralını öz maşınına qoyaraq, Mərdəkan qəsəbəsindəki xəstəxanaya aparıb. Lakin 24 yaşlı oğlan xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.
Faktla əlaqədar Xəzər RPİ-də Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Nizam RZA

435