Bakı şəhər Prokurorluğunda kadr dəyişikliyi
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Lent.az-a verilən məlumata görə, baş prokuror Zakir Qaralovun əmri ilə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Ramiz Rzayev Başı şəhər prokurorluğunun Müraciətlərə baxılması şöbəsinin böyük prokuroru vəzifəsinə təyin olunub.
Digər bir əmrlə Nizami rayon prokurorunun köməkçisi Günel Əkbərova isə tutduğu vəzifədən azad olunmaqla, ona Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi vəzifəsinin icrası həvalə edilib.

830