14  saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirilib
27 avqust 2011 17:59 (UTC +04:00)

14 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirilib

0
Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə Ictimai Komitənin koordinatoru Əliməmməd Nuriyev, üzvləri Sahib Məmmədov, Nazir Quliyev, Səidə Qocamanlı 14 saylı cəzaçəkmə müəssisəsində növbəti başçəkmə-monitorinq keçiriblər.

İctimai Komitədən Lent.az-a verilən məlumata görə, monitorinqdən əvvəl İctimai Komitənin üzvləri ilə birlikdə Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin rəhbəri Səadət Bənənyarlı, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova həmin müəssisədə cəza çəkən Bəxtiyar Hacıyevlə görüşüblər.

O, saxlanma şəraiti və üzləşdiyi bir çox problemlər barədə ətraflı məlumat verib. Bu məlumatlar araşdırılması üçün Ədliyyə Nazirliyinə təqdim edilib.

Görüşdən sonra İctimai Komitə üzvləri 14 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçiriblər. Monitorinqdə İctimai Komitənin üzvləri ilə yanaşı İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova da iştirak edib. Müəssisənin bütün obyektlərinə, o cümlədən müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib. Eyni zamanda 29 nəfər məhkumla onların istəklərinə uyğun olaraq konfidensial söhbət aparıb və hüquqi yardım göstərilib.

Cəzaçəkmə müəssisəsində psixoloqla yanaşı, müəyyən vakansiyaların olması, görüş otaqlarının, yeməkxananın, yataqxana, cərimə təcridxanasının standartlara cavab verməməsi və digər bir sıra məsələlər İctimai Komitənin üzvləri tərəfindən çatışmazlıqlar kimi qeyd edilib. Başçəkmə-monitorinqin nəticələri barədə ətraflı rəy hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 841

Oxşar yazılar