Türkiyədə azərbaycanlı qadının qatili yaxalandı
0
0
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, 4 şəxsi öldürməkdə şübhəli bilinən Ərhan G. adlı şəxs həmyerlimizi öldürdüyünü etiraf etsə də, digər 3 cinayətdən yalnız birini özünün törətdiyini deyib.
Məlumata görə, 2-si qadın olmaqla 4 nəfərin öldürülməsindən sonra araşdırmaya başlayan polis Ərhan G.ni yaşadığı evdə yaxalayıb. O, ötən ay 61 yaşlı Arifə Qorxmaz, Həcər Rəhimova və digər iki nəfəri soyğunçuluq məqsədilə öldürməkdə şübhəli bilinərək cəlb edildiyi istintaqda Həcər Rəhimovanı öldürdüyünü boynuna alıb.
Ərhan G. həmyerlimizi silahla kürəyindən güllələyərək öldürdüyünü bildirib. Qatilin istifadə etdiyi tapançanın oğurluq olduğu məlum olub.
Onu da qeyd edək ki, xərçəng xəstəsi olan Həcər Rəhimovanın ölümünə xəstəxanada beyin qanaması keçirməsi diaqnozu qoyulub. Ona “normal ölüm” raportu verildiyi üçün məzarının yenidən açılması gündəmə gəlib.