Bəkir Nəbiyevin nəvəsi yol qəzasında öldü
Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, avqustun 22-də saat 18:30 radələrində Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində “Mercedes S Class” və “Hyundai Sonata” markalı iki avtomobil toqquşub. Daha sonra isə “Mercedes” yolun kənarında dayanmış “VAZ 21015”ə çırpılıb. Nəticədə “Hyundai” markalı avtomobilin sürücüsü , 1987-ci il təvəllüdü Nəbiyev Babək Sadiq oğlu hadisə yerində ölüb. Qeyd edək ki, ölən şəxs akademik Bəkir Nəbiyevin nəvəsidir.
Qəzanı törədən “Mercedes S Class” isə alışmağa başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanan maşın söndürülüb.
Qeyd edək ki, qəza əhalinin sıx olduğu və avtobus dayanacağı yerləşən ərazidə - Mərkəzi Bankın qarşısında baş verib. Qəza zamanı avtomobillər yolun kənarındakı piyadaların həyatına təhlükə yaratsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Oxşar yazılar

Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələndi
19 iyul 2025 , 22:04
Zuğulba şosesində maşın yandı, Mərdəkan istiqamətində sıxlıq yarandı
19 iyul 2025 , 20:59
Faciəli ÖLÜM: Kişi maqnit rezonans tomoqrafiya aparatında can verdi
19 iyul 2025 , 20:42
Mingəçevirdə tənha yaşayan qadının meyiti tapıldı
19 iyul 2025 , 19:28
Bakıda usta sexdə öldü
19 iyul 2025 , 18:00
İranda Məşhədə gedən avtobus aşdı, 21 nəfər öldü - VİDEO
19 iyul 2025 , 16:42
Kəlbəcərdə kişi qayadan yıxılıb öldü
19 iyul 2025 , 15:27